Ötən il Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidmətinin müvafiq qurumları tərəfindən daimi yaşamaq üçün Azərbaycana 3638 nəfər gəlib.
Bu barədə KONKRET.az-a Dövlət Statistika Komitəsindən (DSK) məlumat verilib.
Bildirilib ki, Azərbaycandan gedən 2483 nəfər qeydə alınıb.
Miqrasiya saldosu ölkə üzrə müsbət 1155 nəfər təşkil edib.
