“Fevralın 10-da 44 günlük müharibəni araşdırmaq məqsədilə yaradılan komissiya fəaliyyətsiz qalıb”.
KONKRET.az xəbər verir ki, bu barədə Ermənistanın “Harapak”qəzeti məlumat yayıb. Qəzet bildirir ki, bu yaxınlarda komissiyanın yaradılmasından 2 ay keçəcək. Lakin komisiyyada cəmi üç iclas keçirilib. Həmin iclaslar isə prosessual xarakter daşıyıb.
Bu isə o deməkdir ki, uzun müddət keçməsinə baxmayaraq, hələ komissiya müharibə ilə bağlı araşdırmalara başlamayıb.
Məqalədə vurğulanır ki, dördgünlük Aprel müharibəsininin araşdırılması üçün yaradılan komissiya hər həftə iclas keçirirdi.
44 günlük müharibə ilə bağlı komissiyanın rəhbərliyi sorğu vərəqələrinin hazırlanması və digər texniki məsələlərlə bağlı ekspertlərlə iş aparıldığını, prosedur hazır olduqdan sonra iclasların mütamadi olacağını üzvlərin diqqətinə çatdırıb. Məlumatda deyilir ki, hətta iqtidaryönlü deputatlar da bu ləngimədən məəttəl qalıb. “Əgər apreldə dördgünlük müharibənin tədqiqi il yarım çəkibsə, o zaman 44 günlük müharibənin araşdırılması miqyası, xarakteri və həcminə görə 15 il çəkəcək”.
Sevinc Paşayeva,
KONKRET.az