“5000 ölən əsgərin valideynlərinin gözünə baxanda nə dərəcədə utanacaqsınız?” – Vardanyanbackend

"5000 ölən əsgərin valideynlərinin gözünə baxanda nə dərəcədə utanacaqsınız?" - Vardanyan

“Siz qərar verin, 5000 ölən əsgərin valideynlərinin gözünə baxanda nə dərəcədə utanacaqsınız”. 

KONKRET.az erməni KİV-nə istinadla xəbər verir ki, bunu “Ermənistan” fraksiyasının deputatı Elinar Vardanyan parlament komissiyasının iclasında hakimiyyətdən olan deputatlar qarşısında çıxışı zamanı deyib. O, 44 günlük müharibədə ölmüş 5000 əsgərin valideynlərinə nə cavab verəcəklərini soruşub.

“Mən çox təəssüf edirəm ki, siz Qarabağdakı müharibə qurbanları haqqında 1 mart qurbanları haqqında olduğu kimi eyni ciddilik və mərhəmətlə danışmırsınız. Biz hamımız 1 mart qurbanlarına təəssüflənirik, hamımız istəyirik ki, günahkarlar qanun qarşısında cavab versinlər, amma siz üç ildir hakimiyyətdəsiniz və bu istiqamətdə heç bir iş görmürsünüz”.

Daha sonra Vardanyan deputatları heç bir iş görməməkdə günahlandırıb.

“Mən çox təəssüf edirəm ki, Qarabağdakı 44 günlük müharibədən sonra siz indiki və keçmiş rəhbərliyi müzakirə etməyə davam edirsiniz,. Bütün bunlar çoxdan arxa plana keçməli idi, lakin siz bunun öhdəsindən gələ bilməzsiniz və biz bütün bunları çox uzun müddət eşidəcəyik”, – o deyib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*