7 gimnastımız beynəlxalq yarışda finala yüksəldibackend

7 gimnastımız beynəlxalq yarışda finala yüksəldi

Azərbaycanın 7 təmsilçisi Portuqaliyanın Santarem şəhərində keçirilən batut gimnastikası, ikili minibatut və tamblinq üzrə “Scalabis Cup” adlı beynəlxalq yarışın final mərhələsinə yüksəlib.

Azərbaycan Gimnastika Federasiyasından KONKRET.az-a verilən məlumata görə, Tofiq Əliyev, Adil Hacızadə (hər iki tamblinq), Əli Niftəliyev, Amnar Baxışəliyev, Nicat Mirzəyev, Fərhad Musatafeyev və Ömər Qasımlı (hamısı batut gimnastikası) həlledici raunda vəsiqə qazanıblar.

Yarışa bu gün yekun vurulacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*