ABŞ administrasiyası müharibədən qaçan 100 min ukraynalının ölkəyə qəbul edəcəyini və Ukraynaya 1 milyard dollardan çox humanitar yardım göstərəcəyini açıqlayıb.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, Ağ Evdən verilən yazılı açıqlamada ABŞ-ın Ukraynadakı müharibənin qurbanlarına kömək etmək üçün əlindən gələn dəstəyi verdiyi vurğulanıb.
ABŞ-ın Ukrayna humanitar yardımı ilə bağlı bəyanatda, “Ukrayna və qonşularına 320 milyon dollarlıq demokratiya və insan haqları fondu da verəcəyik” ifadəsi işlədilib.
Açıqlamada, Ukraynadan qaçan bir çox insanın ilk seçiminin Avropa ölkələrinə sığınmaq olduğu vurğulanıb.
“Rus hücumlarından qurtulan 100 min ukraynalını ABŞ-a qəbul etməyə hazırıq”, – deyə bildirilib.
İqbal Rzayev,
KONKRET.az
