ABŞ prezidenti Co Baydenin 1915-ci il hadisələrini “erməni soyqırımı” adlandırmasına cavab olaraq Türkiyədə ABŞ Hərbi Hava Qüvvələrinin istifadə etdiyi İncirlik hərbi bazasının bağlanması istisna olunmur.
KONKRET.az bu barədə Türkiyə mətbuatına istinadən məlumat verir.
Məlumata görə, bazanın bağlanması məsələsi yaxın günlərdə Türkiyə parlamentində müzakirə oluna bilər. Türkiyənin rəsmi qurumları bu məlumatı nə təsdiq, nə də təkzib edib.
