ABŞ-dən yeni SANKSİYA HƏDƏLƏRİ – Şimal-Cənub dəhlizi ilə bağlıbackend

ABŞ-dən yeni SANKSİYA HƏDƏLƏRİ - Şimal-Cənub dəhlizi ilə bağlı

Daha əvvəl xəbər verildiyi kimi, mayın 13-də İran və Hindistan Çabahar limanının birgə fəaliyyəti ilə bağlı 10 illik müqavilə imzalayıb.

KONKRET.az xəbər verir ki, ABŞ Dövlət Departamenti dərhal bəyanat yayaraq, bu razılaşmanın sanksiyalara məruz qala biləcəyi ilə bağlı xəbərdarlıq edib.

Qeyd edək ki, Çabahar limanı İranın cənub-şərqində yerləşir. Dehli və Tehran limanın birgə inkişafı barədə 2003-cü ildə razılığa gəliblər, lakin sonradan İslam Respublikasına qarşı beynəlxalq sanksiyaların tətbiqi ilə əlaqədar layihə təxirə salınıb.

Müqavilənin imzalanma mərasimi

2016-cı ildə Hindistanın baş naziri Narendra Modi Tehrana səfəri zamanı Yeni Dehlinin liman infrastrukturunun tikintisinə 500 milyon dollar sərmayə qoymaq niyyətini açıqlamışdı. 2016-cı ilin mayında Hindistan limanda Şəhid Beheşti terminalının tikintisi üçün İran və Əfqanıstanla üçtərəfli saziş imzalayıb.

Qeyd edək ki, gələcəkdə Çabaharın İran vasitəsilə Hindistanı Rusiya ilə birləşdirəcək Beynəlxalq Şimal-Cənub Nəqliyyat Dəhlizi ilə birləşdirilməsi planlaşdırılır. Bu ticarət marşrutu Hindistan və Fars körfəzi ölkələrindən İran, Azərbaycan və Rusiya əraziləri vasitəsilə, o cümlədən bu üç ölkənin dəmir yollarını birləşdirərək Qərbi və Şimali Avropaya yüklərin daşınması üçün nəzərdə tutulub.

Müqavilənin şərtlərinə əsasən, “India Ports Global Limited” (IPGL) Çabahar limanına 120 milyon dollar sərmayə qoyacaq. “The Times of India” yazır ki, infrastrukturun yaxşılaşdırılmasına yönəlmiş layihələrin həyata keçirilməsi üçün 250 milyon dollarlıq kredit xətti açılıb.

Rusiyanın Çabahar limanına birbaşa marşrutu açılır

İnvestisiya limanın dinamik regional ticarət tranzit mərkəzinə çevrilməsi üçün zəruri olan strateji avadanlıqların alınmasını və nəqliyyat imkanlarının genişləndirilməsini nəzərdə tutur. Nəşr qeyd edir ki, Hindistan limana 25 milyon dollar dəyərində altı mobil liman kranı (ikisi 140 tonluq və dördü 100 tonluq) və digər avadanlıqlar tədarük edib.

Dövlət Departamentinin mətbuat katibinin müavini Vedant Patel bildirib ki, Hindistan və İran arasında Çabahar limanının birgə istismarına dair razılaşma ABŞ-ın sanksiyalarından kənarda deyil.

“Biz bilirik ki, Hindistan və İran Çabahar limanı üçün 10 illik müqavilə imzalayıblar. ABŞ-ın İrana qarşı sanksiyaları qüvvədə qalır və biz onları tətbiq etməyə davam edəcəyik. İranla iş görməyi düşünən hər kəs məruz qaldığı potensial riskdən, eləcə də sanksiyaların potensial riskindən xəbərdar olmalıdır”.

Vedant Patel açıq şəkildə bildirdi: sanksiyalar!

Hindistanın bu razılaşma ilə bağlı ABŞ-ın mümkün sanksiyalarından azad olub-olmaması ilə bağlı suala Patel mənfi cavab verib. Eyni zamanda o, ABŞ-ın İranla müqavilə imzalayarkən Hindistanın xarici siyasət hədəflərini nəzərə alacağını açıq şəkildə bildirib.

Bununla belə, İran Hindistanla ticarət və yükdaşımaları genişləndirmək üçün Çabahar limanının birgə istismarına dair razılaşma ilə məhdudlaşmır.

İranın yollar və şəhərsalma naziri Mehrdad Bəzrpaş dünən Çabahar limanı üçün müqavilənin imzalanması mərasimi çərçivəsində deyib ki, yaxın gələcəkdə İran-Hindistan birgə gəmiçilik şirkəti yaradılacaq.

“Bizim dəmir yolu, avtomobil və dəniz infrastrukturunun inkişafı üçün müntəzəm planlarımız var və İranın müxtəlif sektorlarında tranzit artımı davam edir”, – nazir qeyd edib.

Qeyd edək ki, son illər ərazisindən Şimal-Cənub nəqliyyat dəhlizinin qollarından birinin keçdiyi Rusiya Xəzər dənizi üzərindən İran limanlarına yükdaşımalarını kəskin şəkildə artırıb.

Bundan başqa, Rusiya İran və Azərbaycan dəmir yollarını birləşdirən Rəşt-Astara dəmir yolunun tikintisi üçün 1,2 milyard dollar kredit ayırmağa hazırdır.

Hazırda tərəflər layihənin həyata keçirilməsi üçün müqavilə layihəsi üzərində işləyirlər. Azərbaycanın da bu layihəyə qoşulacağı ilə bağlı məlumatlar var.

Hazırladı: Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*