Bayden Administrasiyası Ermənistana 24 milyon dollar yardım təklif edir.
KONKRET.az erməni mediasına istinadən xəbər verir ki, maliyyənin 23.405.000 dolları humanitar, 600.000 dollar isə hərbi yardım kimi nəzərdə tutulur.
Qeyd edək ki, senatorlar dəfələrlə prezident administrasiyasını Ermənistan və Qarabağa ən azı 100 milyon dollar yardım ayırmağa çağırıb.
Büdcənin ayrıca bir maddəsi isə Ermənistanda narkotiklərlə mübarizə və beynəlxalq hüquq-mühafizə orqanlarına yardım üçün 6 milyon dollar ayrılmasını nəzərdə tutulur.
