ABŞ hərbçiləri Əfqanıstanda atəşə tutuldubackend

ABŞ hərbçiləri Əfqanıstanda atəşə tutuldu

ABŞ hərbçiləri Əfqanıstanda silahlı hücuma məruz qalıb.

KONKRET.az xəbər verir ki, bu barədə məlumatı “Agence France-Presse” nəşri yayıb.

Atışma zamanı zərərçəkənlərin olduğu deyilir, lakin dəqiq sayı haqda informasiya verilmir.

Agentliyin məlumatına görə, ABŞ və Əfqanıstanın birləşmiş qüvvələri birbaşa atəşə məruz qaldıqları zaman Nangarhar əyalətində əməliyyat keçiriblər.

Adı açıqlanmayan Əfqan rəsmisi bildirib ki, zərərçəkənlər üçün bir neçə helikopter göndərilib.

Hücumu heç bir qrup öz üzərinə götürməyib.

Babək Göyüş

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*