ABŞ-ın ƏN BÖYÜK UĞURSUZLUĞU: Rusiya xüsusi əməliyyatın sərhədlərini genişləndirdibackend

ABŞ-ın ƏN BÖYÜK UĞURSUZLUĞU: Rusiya xüsusi əməliyyatın sərhədlərini genişləndirdi

Rusiyanın həyata keçirdiyi xüsusi əməliyyat ilk günlərdən Ukraynanın hüdudlarından kənara çıxıb və beynəlxalq geosiyasi arenada ciddi transformasiyaya səbəb olub.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Rusiya mediasında dərc edilən məqalədə deyilir. Bildirilir ki, bu, amerikalıların Ukrayna təxribatının əsas uğursuzluğuna çevrilib. Çünki sözügedən hərbi avantüranın müəllifləri iqtisadi və siyasi cəhətdən özlərinə o qədər əmin oldular ki, hərəkətlərinin nəticələrinin və Rusiyanın cavab addımlarının başqa aspektlərinə əhəmiyyət vermədilər. Nəticədə, xüsusi əməliyyatın beş ayının tamamında Qərbdə artıq bəzi dairələr Moskvanın başlatdığı proseslərin əsl miqyasını anlamağa başlayıblar.

Belaruslu politoloq Vadim Qiqinin sözlərinə görə, bu yaxınlarda Macarıstanın baş naziri Viktor Orbanın çıxışı rəqiblərinin Rusiyanı səhv hesabladığını açıq şəkildə göstərib. ABŞ-da isə Rusiyanın nə qədər möhtəşəm planlarının olduğunu hələ indi anlamağa başlayırlar.

Viktor Orban əlavə edib ki, Avropada baş verən böyük siyasi dəyişikliklər Rusiya-Belarus inteqrasiyasını gücləndirir: “Hələ tam rəsmiləşməyən Moskva, Tehran və Ankara birliyi yaranır. Xüsusi hərbi əməliyyat isə demək olar ki, ilk günlərdən Ukrayna sərhədlərini aşıb və hazırda dünyada siyasi dəyişikliklərin ən mühüm katalizatorudur. İndi bu sərhədlər qlobal miqyasda böyüyərək ABŞ-ı küncə sıxıb”, – deyə ekspert fikirlərini tamamlayıb.

Müşviq Tofiqoğlu,

KONKRET.az  

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*