ABŞ-ın ən çox qorunan təyyarə daşıyan gəmisinin adı açıqlandıbackend

ABŞ-ın ən çox qorunan təyyarə daşıyan gəmisinin adı açıqlandı

ABŞ-ın təyyarə daşıyan gəmisi “Teodor Ruzvelt” ölkə tarixdə ən çox qorunan döyüş gəmisi adını qazanıb.

KONKRET.az Rusiya mediasına istinadən xəbər verir ki, bu haqda araşdırmanı “Popular Mechanics” nəşri aparıb.

“Teodor Ruzvelt” hazırda Sakit Okeanda üzür. Onu raketlə təmin olan 5 “Arleigh Burke” hərbi gəmisi, sualtı qayıq və raket kreyseri müşayiət edir.

Nəşr qeyd edir ki, gəmidə 44 döyüş təyyarəsi var.

“Popular Mechanics”ə görə, Amerikanın təyyarə daşıyan gəmilərini adətən raketlə təchiz edilən iki və ya üç hərbi gəmi və bir raket kreyseri qoruyur.

Beləliklə, “Teodor Ruzvelt”in hazırkı müşayiəti onu ABŞ-ın bütün hərbi gəmiləri içərisində ən çox qorunan gəmi statusuna qaldırıb.

Babək Göyüş

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*