Almaniya demokratiyanın dəstəklənməsi məqsədiylə ABŞ-la birgə Marşal planı üzərində işləməyə hazırdır.
KONKRET.az xəbər verir ki, bunu DPA agentliyinə açıqlamasında Almaniya Xarici İşlər naziri Hayko Maas deyib.
“Biz demokratiya üçün ABŞ-la ümumi plan üzərində işləməyə hazırıq. Biz liberal demokratiyanın düşmənlərinə meydan verməməliyik. Bu, təkcə ABŞ üçün yox, həm də Almaniya və Avropa üçün də doğrudur. Biz yalnız birlikdə inamımızı dəstəkləyə bilərik. XXI əsrdə ABŞ və Avropa kimi yaxşı, daha yaxın və təbii tərəfdaşlar yoxdur” – deyə o bildirib.
