ABŞ Özbəkistana qoşun yerləşdirə bilər – Pentaqon müzakirələrə başladıbackend

ABŞ Özbəkistana qoşun yerləşdirə bilər - Pentaqon müzakirələrə başladı

“ABŞ Özbəkistana qoşun yerləşdirmək niyyətindədir”.

KONKRET.az xəbər verir ki, bu barədə “Politico” nəşri ABŞ ordusunun planları ilə tanış olan Konqresdəki mənbələrinə istinadən xəbər yayıb.  Məlumata görə, Pentaqon rəsmiləri bu ay Özbəkistanda ABŞ-ın anti -terror qüvvələrinin yerləşdirilməsinin mümkünlüyünü müzakirə edəcəklər.

“Nəşrin yazdığına görə, belə bir razılaşma ABŞ ordusunun Əfqanıstandakı hədəfləri daha yaxşı müşahidə etməsinə və vurmasına imkan verəcək.

Bir müddət əvvəl Co Bayden administrasiyası Əfqanıstanla həmsərhəd olan ölkələrlə bu cür razılaşmaları müzakirə etmək istədiyini açıqlamışdı, lakin konkret nəticələr barədə heç bir məlumat verilmirdi.

Xatırladaq ki, Birləşmiş Ştatlar Əfqanıstanda 20 illik mövcudluğundan sonra, avqust ayında qoşunlarını bu ölkədən çıxarıb.

Qeyd edək ki, Özbəkistan rəsmisi Əbdüləziz Kamilov bildirib ki, “ABŞ hərbi bazalarının Özbəkistanda yerləşdirilməsi məsələsi müzakirə olunmur “.

Müşviq Tofiqoğlu

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*