ABŞ şirkəti statusu silərək səhvini düzəltdibackend

ABŞ şirkəti statusu silərək səhvini düzəltdi

ABŞ-ın “Johnson&Johnson” şirkəti səhvini düzəldərək rəsmi tvitter səhifəsində separatçıları dəstəkləyən statusunu silib.

KONKRET.az  xəbər verir ki, şirkət tərəfindən müharibə nəticəsində Azərbaycan və Ermənistanda zərər görmüş şəxslərə yardım ediləcəyi ilə başlı yeni məlumat paylaşılıb.

Məlumatda deyilir ki, yardımlar Qırmızı Xaç təşkilatı vasitəsi ilə paylanacaq.

Qeyd edək ki, bu gün səhər saatlarında “Johnson&Johnson” şirkəti işğal altında olan Dağlıq Qarabağdakı separatçılara dəstək mesajı vermişdi.

Şirkətin rəsmi tvitter hesabında paylaşılan mesajda separatçıların qondarma respublikasına dəstək ifadə olunurdu.

Şirkətin tanınmamış qondarma respublikaya belə dəstək verməsi sosial şəbəkə istifadəçilərinin hiddətinə səbəb olub və bununla bağlı etirazlar başlayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*