ABŞ və İndoneziyadan ƏZƏLƏ NÜMAYİŞİ: Dörd mindən çox hərbçi TƏLİMLƏRƏ BAŞLADIbackend

ABŞ və İndoneziyadan ƏZƏLƏ NÜMAYİŞİ: Dörd mindən çox hərbçi TƏLİMLƏRƏ BAŞLADI

İndoneziya və ABŞ genişmiqyaslı hərbi təlimlərə start verir.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, birgə təlimlərdə 12 ölkədən 4 mindən çox hərbçi iştirak edəcək.Təlimlər avqustun 1-dən, 14-dək Sumatra və Borneo adalarında keçiriləcək.

Qeyd edək ki, bu təlimlər 2009-cu ildən keçirilir. Bu il İndoneziya tərəfi təlimlərə 2 min, ABŞ isə 1100 hərbçi göndərəcək. Əvvəllər təlimlərdə yalnız quru qoşunlarının nümayəndələri iştirak edirdisə, indi onlara Hərbi Hava Qüvvələri, Hərbi Dəniz Qüvvələri və xüsusi təyinatlıların hərbi qulluqçuları da qoşulacaq.

Təlimlərə İndoneziya və ABŞ-dan başqa, Avstraliya, Böyük Britaniya, Cənubi Koreya, Yaponiya və bir sıra digər ölkələrin hərbçiləri cəlb olunacaq.

İndoneziya komandanlığının nümayəndəsi Andika Perkasa bildirib ki, təlimlərin məqsədi təhlükəsizliyin təmin edilməsi, təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması və humanitar yardımın göstərilməsidir.

Bu təlimlərin Çinin regionda və xüsusən də Cənubi Çin dənizinin sularında mövqelərini gücləndirməyə davam etməsinə cavab olaraq keçirildiyi də istisna edilmir.

Müşviq Tofiqoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*