backend

Abşeronun keçmiş memarının həbs müddəti artırıldı

Məhkəmədə istintaq orqanının verdiyi vəsatətət baxılıb

Binəqədi rayon Məhkəməsində rüşvət almaqda təqsirləndirilərək həbs edilən Abşeron Rayon İcra Hakimiyyətinin baş memarı Akif Əliyev və 3 saylı Mənzil Təsərrüfat İstehsalat İstismar təmir sahəsinin sabiq rəisi Murad Əhmədovun barələrində olan həbs qətimkan tədbirinin müddətinin uzadılması ilə bağlı istintaq orqanının verdiyi vəsatətət baxılıb.

KONKRET.az Ayna.az-a istinadən xəbər verir ki, prosesdə vəsatətlər təmin edilib və hər iki şəxs barəsində seçilmiş həbs qətimkan müddəti uzadılıb.

Xatırladaq ki, Abşeron rayon İcra Hakimiyyətinin Memarlıq və Tikinti şöbəsinin müdiri – rayonun baş memarı Akif Əliyev və 3 saylı Mənzil Təsərrüfat İstehsalat İstismar təmir sahəsinin sabiq rəisi Murad Əhmədov ötən il iyunun 23 – də reşvət alarkən saxlanılıb və hər iki şəxs barəsində Cinayət Məcəlləsinin 311.2-ci (rüşvət alma) maddəsi ilə cinayət işi başlanıb, Binəqədi rayon məhkəməsinin qərarı ilə barələrində 4 ay müddətə həbs qətimkan tədbiri seçilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*