Adam Şiff: “Ermənistan Rusiyadan daha az asılı olmalıdır”backend

Adam Şiff: "Ermənistan Rusiyadan daha az asılı olmalıdır"

“ABŞ Nümayəndələr Palatasının Azərbaycanı hərbi yardımdan məhrum etmək haqqında qəbul etdiyi qanun layihəsi qələbədir. Lakin qanun layihəsi hələ də bir neçə mərhələdən keçməlidir”.

KONKRET.az xəbər verir ki, bunu “Amerikanın Səsi”nə konqresmen, ABŞ Nümayəndələr Palatasının üzvü Adam Şiff deyib.

O, eyni zamanda Rusiyanın Cənubi Qafqazdakı roluna da toxunub:

“Rusiya hər zaman öz maraqlarını güdür. Əgər atəşkəsə ehtiyac varsa və bu onun maraqlarına uyğundursa, o zaman barışıq olacaq, əgər münaqişəni dondurmaq lazımdırsa, əmin olun ki, ATƏT -in Minsk Qrupu heç vaxt uğur qazana bilməz. Biz görürük ki, Ermənistan Rusiyadan asılıdır, ona görə də Ermənistan-Amerika münasibətlərini gücləndirmək lazımdır ki, Ermənistan həm iqtisadi cəhətdən, həm də təhlükəsizlik baxımından daha müstəqil olsun”.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*