Afrikada Saxara sahilindən cənuba doğru 239 milyon insan aclıqdan əziyyət çəkir.
KONKRET.az xəbər verir ki, bu haqda məlumatı Sinxua agentliyi BMT-nin ərzaq və kənd təsərrüfatı üzrə hazırladığı məlumatlarına istinadən yayıb.
Addis-Ababada Afrika Birliyi İcra Şurasının 33-cü növbəti sessiyasında BMT-nin təmsilçisi Maria Helena Semediy bildirib ki, bu rəqəmi sıfıra endirməyin yeganə yolu birlikdə çalışmaqdır.
O qeyd edib ki, BMT-nin davamlı inkişaf hədəfləri arasında Afrikada yoxsulluq, aclıq və qidalanma ilə əlaqədar olan insanların sayının kəskin azaldılması da daxil olmaqla bir neçə əsas strategiyası var.
Babək Göyüş
KONKRET.az
