Ağ Evdən “Taxıl dəhlizi” açıqlaması: Müqavilənin pozulacağına dair heç bir işarə yoxdurbackend

Ağ Evdən "Taxıl dəhlizi" açıqlaması: Müqavilənin pozulacağına dair heç bir işarə yoxdur

Ağ Ev Milli Təhlükəsizlik Şurasının Strateji Kommunikasiyalar Direktoru Con Kirbi Türkiyə, Rusiya, Ukrayna və BMT arasında imzalanan taxıl dəhlizi sazişinin pozulacağına dair heç bir işarənin olmadığını bildirib.

KONKRET.az xəbər verir ki, bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə direktoru Con Kirbi məlumat verib.

Kirbi Zoom vasitəsilə Ağ Evdə jurnalistlərə verdiyi brifinqdə Amerikanın xarici siyasətini dəyərləndirib və jurnalistlərin suallarını cavablandırıb.

Kirbi bildirib ki, Türkiyənin vasitəçiliyi ilə baş tutan bu müqavilə bütün dünyanın ehtiyac duyduğu qida və gübrəni qlobal bazara çıxardıb.. Razılaşmanın başladığı gündən 1 milyon tondan çox taxıl və toxum Ukraynadan çıxarılaraq qlobal bazara çıxdı. Bəzi qidalar bazara girmək üçün daha uzun vaxt tələb olunur. Yəmən və “Dünya Ərzaq Proqramı Afrika Buynuzuna paylanmaq üçün 2 gəmi dolusu ərzaq aldı. Bunun üçün ABŞ Ümumdünya Ərzaq Proqramına 68 milyon dollar verib. Biz bunun vacibliyinə inanırıq. Biz artıq müqavilənin bazarlara təsirini görürük.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*