Ağcabədidə narkokuryerdən 7 kiloqram narkotik vasitə götürüldübackend

Ağcabədidə narkokuryerdən 7 kiloqram narkotik vasitə götürüldü

Ağcabədidə narkokuryerdən 7 kiloqram heroin, tiryək və marixuana aşkar edilərək götürülüb.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan KONKRET.az-a verilən məlumata görə, Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən, əvvəllər məhkum olunmuş Səbuhi Mamedov saxlanılıb.

Həmin şəxsdən 7 kiloqram heroin, tiryək və marixuana aşkarlanaraq götürülüb.

O, maddi qazanc müqabilində sosial şəbəkə vasitəsi ilə tanıdığı İran vətəndaşı tərəfindən narkokuryerliyə cəlb olunduğunu bildirib.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*