Ağcabədidə traktor “BMW” ilə toqquşdu – 2 nəfər öldübackend

Ağcabədidə traktor "BMW" ilə toqquşdu - 2 nəfər öldü

Ağcabədidə yol qəzasında iki nəfər ölüb.

KONKRET.az-ın apa-ya istinadla xəbərinə görə, hadisə rayonun Hindarx qəsəbəsində baş verib. Hərəkətdə olan Cəfər Allahverdiyevin idarə etdiyi “04 T 954” dövlət nömrə nişanlı traktor qarşıdan gələn “BMW” markalı “35 BX 876” dövlət nömrə nişanlı minik avtomobili ilə toqquşub.

Nəticədə “BMW”-nin sürücüsü Hindarx sakini Quliyev Sadiq Vahid oğlu və sərnişini rayon sakini Məmmədov Loğman İlqar oğlu hadisə yerində həyatını itirib.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*