Ağdamda 55 yaşlı kişini ilan sancıb.
KONKRET.az xəbər verir ki, hadisə rayonun Həsənxanlı kəndi ərazisində baş verib. Kənd sakini 1969-cu il təvəllüdlü Əbdürrəhimov Səfər Sərdar oğlunu kənd ərazisində əkin sahəsində soğan yağarkən ayağından ilan sancıb.
Səfər Əbdürrəhimov Tərtər Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb, ona zərdab vurulub. Vəziyyətinin stabil olduğu deyilir.
Faktla bağlı araşdırma aparılır.