Ağdam rayonunun Sarıcalı kəndində sobaya yıxılaraq ağır yanıq xəsarətləri alan gənc ölüb.
KONKRET.az-ın məlumatına görə, 2003-cü il təvəllüdlü kənd sakini Qəhrəmanov Teymur Şərif oğlu yaşadığı evdə sobaya yıxılaraq yanıb.
O, ağır yanıq xəsarətləri aldığı üçün gecə saatlarında Bakı şəhərində yerləşən xəstəxanalardan birinə aparılarkən yolda keçinib./APA
