Ağdaşda iki “VAZ” toqquşdu: Yaralananlar varbackend

Ağdaşda iki "VAZ" toqquşdu: Yaralananlar var

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Ağdaş rayonunun Aşağı Qəsil kəndində yol-nəqliyyat hadisəsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac olması barədə məlumat daxil olub.

KONKRET.az xəbər verir ki, məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.

Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “VAZ” markalı iki minik avtomobilinin toqquşması nəticəsində 2 nəfər avtomobillərdən birində sıxılmış vəziyyətdə qalıb.

Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində hər iki şəxs avtomobildən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*