Ağstafada 33 yaşlı qadın dəm qazından zəhərlənib.
KONKRET.az xəbər verir ki, hadisə rayonun Zəlimxan kəndində baş verib.
1991-ci il təvəllüdlü Əsli Süleymanova zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
Dərhal qadına yardım edilib, vəziyyətinin kafi olduğu bildirilir.
