Aİ-nin ali nümayəndəsi Ceyhun Bayramova təşəkkür etdibackend

Aİ-nin ali nümayəndəsi Ceyhun Bayramova təşəkkür etdi

Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik üzrə ali nümayəndəsi Jozef Borel Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramova təşəkkür edib.

KONKRET.az xəbər verir ki, o, bu barədə rəsmi tviter səhifəsində yazıb.

“Azərbaycanın Ukraynaya humanitar yardım göndərməsini, Moldovaya və Cənub-Şərqi Avropaya qaz tədarükünü genişləndirməyə hazır olmasını alqışlayıram. Avropa İttifaqı Azərbaycan və Ermənistan arasında gərginliyi azalda biləcək səyləri dəstəkləyir”,- deyə paylaşımda bildirilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*