Aktiv vergi ödəyicilərinin sayı ARTIBbackend

Aktiv vergi ödəyicilərinin sayı ARTIB

Bu il martın 1-nə Azərbaycanda 1 420 834 vergi ödəyicisi olub ki, bu da 1 il əvvələ nisbətən 5,1 % çoxdur.

KONKRET.az bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.

Məlumata görə, vergi ödəyicilərinin 87,3 %-i fiziki şəxslər, 12,7 %-i isə hüquqi şəxs və digər təşkilatlardır. Bunlar isə illik müqayisədə müvafiq olaraq 4,4 % və 9,9 % çoxdur.

Fevralın sonuna dövlət qeydiyyatında olan kommersiya hüquqi şəxslərinin 90,2 %-i məhdud məsuliyyətli cəmiyyət (MMC), 1,4 %-i səhmdar cəmiyyəti (SC), 1,1 %-i kooperativ və s. formalarda yaradılıb.

Hesabat tarixinə vergi ödəyicilərinin 62,5 %-i aktiv kommersiya qurumları olub. Son 1 ildə onların sayı 14,7 % artıb. O cümlədən aktiv xarici investisiyalı kommersiya qurumlarının sayında 27 % artım qeydə alınıb.

Hesabat dövründə kommersiya qurumlarının tərkibində ƏDV ödəyicilərinin sayı 11,7 % artıb.

Yanvar-fevral aylarında kommersiya qurumlarının 82,5 %-i elektron qaydada qeydiyyata alınıb. Yerli investisiyalı MMC-lərin e-qeydiyyatının xüsusi çəkisi isə 95,1 % təşkil edib.

Qeydiyyatdan keçmiş kommersiya qurumlarının 87,6 %-i yerli investisiyalı, 12,4 %-i xarici investisiyalıdır. Yeni qeydiyyat üsulu ilə (fin kod+mobil nömrə) 341 yerli investisiyalı MMC qeydiyyata alınıb. Bu üsulun ümumi qeydiyyatda xüsusi çəkisi 12,3 %, yerli investisiyalı MMC-lərin qeydiyyatında isə 14,6 % olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*