Ali Radanın qadağası konstitusiya pozuntusudur? – Əcnəbi və yerli ekspertdən RƏYbackend

Ali Radanın qadağası konstitusiya pozuntusudur? - Əcnəbi və yerli ekspertdən RƏY

Ali Rada təhsil, orta təhsil və dil haqqında qanunları qəbul edərkən Ukrayna konstitusiyasını pozub”.

KONKRET.az xəbər verir ki, bu fikirləri Bizim.Media-ya açıqlamasında Ukraynadakı rus icmasında çalışan politoloq Konstantin Şurov səsləndirdi. Onun fikrincə, 3 – “Təhsil, orta təhsil və Ukrayna dili” qanunlarının qəbulu zamanı Ali Rada ölkənin konstitusiyasının təxminən 4 maddəsini pozub.

Konstantin Şurov əlavə etdi ki, Ali Rada deputatlarının “Ukranizasiya” adlandırdığı qanunlar Kiyevin imzaladığı 12 beynəlxalq razılaşmanın da şərtlərinə  ziddir.

Politoloq Nəzakət Məmmədovanın fikrincə, rus dilinə tətbiq olunan məhdidiyyətlərin kökündə siyasi məqsədlər dayanır.

“Hələ ötən ilin dekabrında Ukrayna Milli Təhlükəsizlik Şurasının katibi A. Danilov bununla bağlı fikirlər səsləndirib. Bu da onunla bağlı idi ki, Moldova parlamenti rus dilinə millətlərarası dil statusu verib. Kiyevdə məktəblərdə rus dili dərslərinin azaldılması məsələsi gündəmə gəlib.

Lakin Ukraynanın şərq hissəsində, xüsusilə Donbasda rusdilli əhali arasında buna görə narazılıq artıb. Kiyev Beynəlxalq Sosiologiya İnstitutunun apardığı sorğuya əsasən, Ukrayna əhalisinin 49,8 faizi rus dilinin inkişafının tərəfdarıdır. Bu da onu göstərir ki, rus dilinə münasibətdə ölkə əhalisi demək olar ki, yarıbayarı fikir ayrılığı yaşamaqdadır.”

Politoloqun fikrincə, rus dilinə münasibət Rusiyaya münasibətlə assosiasiya olunur.

“Bununla da Kiyev  Rusiyanın Ukraynaya qarşı yürütdüyü siyasətə cavab verməyə çalışır”,- deyə N.Məmmədova fikrini tamamladı.

Qeyd edək ki, Ukrayna Konstitusiyası 1996-cı ildə Kuçmanın dövründə qəbul edilib və sənədə 2004-cü ildə dəyişiklik olunub. 2009-cu ildə Yuşşenko Ukrayna Konstitusiyasını tamamilə yeniləmək istəyirdi. Amma Rada bu təşəbbüsü dəstəkləməyib.

Daha sonra Yanukoviç Kuçmanın islahatlarını ləğv edərək, konstitusiyanı ilkin formasına qaytarıb. Lakin Poroşenko çevrilişindən sonra Ukrayna sənədin 2004-cü il versiyasına geri dönüb. Bununla yanaşı 2014-cü ildə Poroşenko konstitusiyanı yeniləyib. Roşen kralı Ukrayna konstitusiyasında 2016-cı il yeniliklərinin də müəllifidir.

Əlbəttə ki, Zelenskinin də konstitusiya daxil etdiyi dəyişiklikləri və bu yeniliklərin Ali Radada qəbul edildiyini unutmaq olmaz.

Problem ondadır ki, bəzi ruspərəst ictimai-siyasi xadimlər Ukraynada irəli sürülən qadağaları qanunsuzluq sayır. Səbəb  isə, onların Ukrayna konstitusiyası kimi sonralar Yanukoviçin də bərpa etdiyi 1996-cı ildəki ilkin sənədi tanımalarıdır.

Yəni Kiyevin Ali Qanunvericilik Aktına sonrakı müdaxilələrini Kreml siyasətinin tərəfdarları qəbul etmir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*