backend

Alimlər şəxsi uğuru proqnozlaşdıran amilləri tapdılar

Pensilvaniya Universitetinin alimləri tərəfindən edilən yeni bir araşdırma göstərib ki, uzunmüddətli şəxsi uğura zəka, xarakterin sərtliyi və fiziki qabiliyyətlər təsir göstərir.

Hər birimiz şəxsi uğur qazanmaqda maraqlıyıq. Müəyyən keyfiyyətlərin inkişafı onun həyata keçirilməsinə kömək edə bilər. Məşhur insanların tərcümeyi-halları və xatirələri də belə düşünməyə əsas verir. Bəs elm bu barədə nə deyir? Proceedings of the National Academy of Sciences jurnalında dərc olunan araşdırmaya görə, elm adamları ilk dəfə müxtəlif şəxsi amillərin və faktorların uğur qazanmağa təsirini statistik olaraq ölçüblər.

KONKRET.az jurnala istinadən bildirir ki, tədqiqatçılar ABŞ Hərbi Akademiyasının (West Point) 11 min kursantı üzərində təhlil aparıblar. Bu müəyyən bir qrup insanı öyrənmək üçün əsas səbəb onların akademiyaya qəbul qaydaları ilə izah edilib. Bu ikiillik prosesin mərhələlərindən biri “heyvan barakları” adlanır. Bu müddət ərzində gələcək kursant yuxarı kurs tələbəsinin rəhbərliyi altında altı həftə keçirir və bütün əmrlərə tabe olmağı və qrafikə uyğun hərəkət etməyi öyrənir. Bu mərhələdən sonra 100 iştirakçıdan orta hesabla üçü kursdan baş götürüb gedir.

12 il ərzində elm adamları West Point ilə əməkdaşlıq ediblər, nəticədə on il ərzində Hərbi Akademiyaya daxil olan doqquz ayrı sinfin üzvü olan 11258 gənc haqqında məlumat toplaya biliblər. Onların hər birinin xasiyyət, intellekt və fiziki qabiliyyətləri 12 maddə üzrə qiymətləndirilib. West Point tədqiqatçılara abituriyentin “heyvan barakı”nı bitirməsi, akademiyanı bitirməsi və ortalama diplom balı haqqında məlumat verib.

Məlumatları təhlil etdikdən sonra alimlər bu nəticəyə gəliblər ki, müvəffəqiyyət ehtimalı xarakterin gücünü – məqsədə çatmaqda ardıcıllıq və əzmkarlıq da daxil olmaqla bir sıra əlamətlərlə müəyyənləşdirir. Nə qədər sərt olsanız, “heyvan barakını” və ya daha sonrakı mərhələni tərk etmək ehtimalınız az olacaq.

Yeniyetmənin zəkası yüksək akademik dərəcələrin alınmasında müəyyənedici amil olub. Məntiq qabiliyyətləri daha yüksək olan tələbələr son testlərin aparılmasında daha yaxşı nəticələr göstəriblər və daha yüksək orta balla diplom qazanmışlar. Fiziki qabiliyyət və qətiyyətin uzunmüddətli perspektivdə əsas məqama çevrildiyi də məlum olub. Bu keyfiyyətlərə sahib olan tələbələr əksər hallarda bütün dördillik təhsilini başa vurublar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*