Alimlər yeni kəşf edilən canlıya Ukrayna Prezidentinin şərəfinə “Zelenski” adını veriblər.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, Afrikada kəşf edilən dəniz onurğasızlarına Ukrayna prezidenti Volodimir Zelenskinin adı verilib. Alimlər bu adı Zelenskinin azad Ukraynanın müdafiəsində göstərdiyi “cəsarət və şücaət”ə görə seçdiklərini bildiriblər.
Alimlərin sözlərinə görə, yeni kəşf edilən canlının dəniz dibini tutmaq üçün 10 uzun qolu və çadıra bənzər iti pəncələri var.
Dəniz ulduzları və dəniz kirpiləri ilə yaxın əlaqəli olan “Ausichicrinites zelenskyyi” Afrika qitəsində aşkar edilən ilk Yura dövrünə aid olan ilk tüklü ulduzudur.



Müşviq Tofiqoğlu,
KONKRET.az
