Xarkovda Axundova heykəl qoyuldubackend

Xarkovda Axundova heykəl qoyuldu

Xarkovda “Mütəfəkkirlər Meydanı” nın təntənəli açılışı olub. Meydan Ukrayna, Azərbaycan və Qazaxıstan arasında dostluq münasibətlərini simvollaşdırır.

KONKRET.az-ın “UNİAN”-a istinadla məlumatına görə, “Mütəfəkkirlər meydanının” ortasında üç fəlsəfəçinin – Qriqori Skovoroda, Abay Kunanbayev və Mirzə Fətəli Axundovun abidəsi qoyulub.

Abidənin müəllifi Lyudmila Qurçenkonun abidəsini və “Xarkovun yeddi möcüzəsi” memarlıq kompozisiyalasını yaradan xarkovlu heykəltəraş Seyfəddin Qurbanovdur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*