Almaniyanı texniki tənəzzül GÖZLƏYİRbackend

Almaniyanı texniki tənəzzül GÖZLƏYİR

Almaniyanın ÜDM-i 2023-cü ilin birinci rübündə 0,3% azalıb. Üstəlik, azalma ardıcıl iki rübdür ki, davam edir. Bu da texniki tənəzzül vəziyyətinin başlanğıcından xəbər verir.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bunu Federal Statistika İdarəsinin məlumatları sübut edir.

Belə ki, 2022-ci ilin dördüncü rübünün nəticələrinə görə, Almaniya iqtisadiyyatı 0,5%, 2023-cü ilin birinci rübündə isə 0,3% azalıb.

Bildirilib ki, tənəzzül əslində 2022-ci ilin sonunda, enerji qiymətlərində kəskin artımın istehlakçıları vurduğu vaxt başlayıb. Eyni zamanda, ÜDM-in azalmağa davam edəcəyi ehtimalı azdır, lakin kəskin iqtisadi artım da olmayacaq.

Ekspertlərin fikrincə, iqtisadi inkişafın azalması bütün Avropa regionunda faiz dərəcələrinin artması və yüksək inflyasiya fonunda baş verir. Bundan əlavə, Avropa Mərkəzi Bankının iyunun 15-də keçiriləcək iclasında daha bir faiz artımı gözlənilir. Bütün bunlar həm istehlaka, həm də investisiyaya təsir edəcək.

Mayın ortalarında “Bloomberg” analitiklərin statistik məlumatlarına istinadən bildirib ki, bir çox xarici investorlar yenidən Almaniyanın tənəzzülə girməsi risklərindən qorxur.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*