Almaniyanın Qarabağ mövqeyi: Ərazi bütövlüyü…backend

Almaniyanın Qarabağ mövqeyi: Ərazi bütövlüyü...

Azərbaycanla-Ermənistan arasında baş verən gərginliklə bağlı çox sayda insan itkisinə görə təəssüf edirik. Ölənlərin ailələrinə başsağlığı verir, yaralıların isə tezliklə sağalmasını arzu edirik.

KONKRET.az xəbər verir ki, bu sözləri Almaniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Volfqanq Maniq deyib.

Səfir bildirib ki, Almaniya hər iki tərəfi ATƏT-in Minsk Qrupu çərçivəsində danışıqlara başlamağa çağırır:

“Dağlıq Qarabağ münaqişəsinin həlli ATƏT-in Helsinki Yekun Aktının prinsipləri – ərazi bütövlüyü çərçivəsində, öz müqəddəratını təyinetmə və güc tətbiq etməmə prinsipləri və Madrid sənədi əsasında danışıqlar yolu ilə aparıla bilər.

Almaniya kansleri Merkelin hər iki tərəfin dövlət başçısı ilə telefon danışıqları aparması, bu mövzu ilə bağlı Xarici İşlər naziri Hayko Maasın bəyanatı və Almaniya Xarici İşlər Nazirliyi və Dövlət katibinin hər iki ölkənin səfirləri ilə danışması Almaniyanın regiondakı vəziyyətlə yaxından maraqlandığının göstəricisidir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*