AMEA-nın 86 yaşlı prezidenti istefa ərizəsi yazdıbackend

AMEA-nın 86 yaşlı prezidenti istefa ərizəsi yazdı

Ötən gün Prezident İlham Əliyevin pensiya yaşına çatmış məmurlara çağırışından sonra Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin fövqəladə toplantısı təyin olunub.

KONKRET.AZ bildirir ki, Demokrat.az-ın əldə etdiyi məlumata görə, sabah AMEA-ya yeni prezident seçiləcək.

Fövqəladə toplantı oktyabrın 23-də saat 11:00-a təyin olunub.

AMEA-nın yeni prezidenti kimi akademiklər – Nərgiz Paşayevanın və Rasim Əliquliyevin şansları daha çox dəyərləndirilir.

Qeyd edək ki, AMEA-nın indiki prezidenti akademik Akif Əlizadədir. Hazırda onun 86 yaşı var.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*