Ardanın Mbappeyə jesti – (Foto)backend

Ardanın Mbappeyə jesti - (Foto)

Xəbər verildiyi kimi, UEFA Millətlər Liqasında Fransa millisi Türkiyəni 1:0 hesabı ilə məğlub edib. Sözügedən qarşılaşmada Türkiyə millisinin qapısına yeganə qolu 54-cü dəqiqədə Kilian Mbappe vurub.

KONKRET.az xəbər verir ki, matçda hesabdan əlavə, “Real Madrid”də birlikdə çıxış edən Arda Gülər və Kilian Mbappe arasında yaşanan anlar da diqqət çəkib.

Türkiyə-Fransa matçında zədələnən Mbappenin yanına gedən Arda komanda yoldaşına göstərdiyi diqqətlə İspaniya mətbuatının diqqətini çəkib. “AS” qəzeti Arda Gülərin Kilian Mbappenin vəziyyətindən olduqca narahat və gərgin göründüyünü yazıb.

54-cü dəqiqədə qol vuran Mbappe qısa müddət sonra dizində yaranan problem səbəbindən yerə yıxılıb. Tibbi müdaxilədən sonra oyuna qayıdan fransalı ulduz bir müddət sonra yenidən özünü pis hiss edib. Mbappe 59-cu dəqiqədə əvəzlənib və onun yerinə Desire Due meydana daxil olub. (Musavat.com)

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*