“Türkiyə siyasətində simvollar böyük rol oynayır. Nikol Paşinyan “Türk Evi”nə gətirilib və ona Ərdoğanın fotoşəkili olan kitab hədiyyə edilib.
Belə ki, Ərdoğan açıq şəkildə mesaj verdi ki, Paşinyan vasitəsilə Ermənistanı Türkiyəyə doğru aparır”.
Konkret.az xəbər verir ki, bu fikirləri “Ana Ermənistan” hərəkatının lideri Andranik Tevanyan Facebook sosial şəbəkəsindəki səhifəsində Nikol Paşinyanın Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla fotosuna toxunaraq yazıb.
“Ərdoğanın şəkli olan kitab Paşinyan hakimiyyətinin əsl himayədarının kim olduğunu və sonuncunun öz mövqeyini qoruyub saxlamağa borclu olduğunu nümayiş etdirdi”, deyə o bildirib.
Günel Mikayılova,
KONKRET.az