“Apple”dan COVID-19-la bağlı YENİLİK – FOTObackend

"Apple"dan COVID-19-la bağlı YENİLİK - FOTO

Apple koronavirus pandemiyası ilə bağlı olaraq tibbi maskaların kütləvi şəkildə istifadə edilməsinə görə cihazlarındakı “Face ID” üz tanıma skanerinin parametrlərində yenilənmə aparacaq.

KONKRET.az xarici KİV-ə istinadən xəbər verir ki, “Apple” cihazlarındakı “Face ID” sistemi maskalı üzlə qarşılaşdıqda sistemdə donma hallarının baş verməsi istifadəçilərin şikayətlərinə səbəb olub. İOS əməliyyat sisteminin yeni versiyasında isə skaner istifadəçinin maska ​​taxdığını müəyyənləşdirərək cihaz kilidini açmaq üçün avtomatik olaraq ənənəvi şifrə tələb olunan rejimə keçəcəkdir.

Bununla yanaşı yeni iOS (13.5) versiyasında iPhone istifadəçiləri “Covid-19″a yoluxmuş bir şəxslə əlaqə qurduqları halda xəbərdarlıq göndərəcək bir proqramla təmin olunacaq. Bluetooth texnologiyası vasitəsilə virusun yayılmasını izləməyə kömək edəcək sistem “Google” ilə ortaq layihə əsasında hazırlanıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*