Araz çayından qanunsuz balıq ovlayan şəxs saxlanıldıbackend

Araz çayından qanunsuz balıq ovlayan şəxs saxlanıldı

Su Nəqliyyatında Polis İdarəsinin İmişli Xətt Polis Məntəqəsinin əməkdaşları tərəfindən nəzarət-profilaktiki tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Şirvan regional qrupunda KONKRET.az-a verilən məlumata görə, polis əməkdaşlarının ekologiyaya zərər vuran vasitələrdən istifadə edilməklə qanunsuz balıq ovuna qarşı keçirdikləri tədbirlər zamanı Araz çayının İmişli rayonu ərazisindən keçən hissəsində qanunsuz balıq ovu ilə məşğul olan B.Məhəmmədov saxlanılıb.

Həmin şəxsdən qanunsuz olaraq ovlanmış ümumilikdə 154 ədəd müxtəlif növ balıq, eləcə də ov qurğuları aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırmalar aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*