Arestoviç Ukraynanın müharibədəki itkilərini AÇIQLADIbackend

Arestoviç Ukraynanın müharibədəki itkilərini AÇIQLADI

Rusiya Federasiyasının Ukraynaya genişmiqyaslı işğalı başlayandan bu günə kimi Ukrayna ordusunun 10 minə yaxın hərbçisi həlak olub, 30 minə yaxını isə yaralanıb.

KONKRET.az xəbər verir ki, bu barədə Ukrayna prezidentinin aparatının rəhbərinin müşaviri Aleksey Arestoviç ukraynalı jurnalist Dmitri Qordona müsahibəsində bildirib.

Eyni zamanda, Arestoviç qeyd edib ki, yaralanan hərbçilərin təxminən 96-98 faizi yenidən orduya qaytarılır.

“Yəni bunlar əbədi olaraq əlil qalan yaralılar deyil”, – deyə  Arestoviç bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*