Arkadi Çernetski: Azərbaycanda parlament seçkiləri çox mütəşəkkil keçir – FOTObackend

Arkadi Çernetski: Azərbaycanda parlament seçkiləri çox mütəşəkkil keçir - FOTO

Azərbaycanda bu gün müşahidə etdiyimiz parlament seçkiləri çox mütəşəkkil keçir.

KONKRET.az xəbər verir ki, bunu Rusiya Federasiya Şurasının Federativ quruluş, regional siyasət, yerli özünüidarəetmə və Şimal məsələləri üzrə komitəsinin sədr müavini Arkadi Çernetski deyib.

O, seçici fəallığının artan dinamikasını da qeyd edib: “Hazırda vətəndaşların fəallığı artır. Belə görünür ki, səhər saatlarında əlverişsiz hava şəraiti insanların seçki məntəqələrinə gəlməsinə mane olub. İndi isə səs vermək istəyən vətəndaşların sayı artmaqdadır. Fikrimcə, seçkilər mövcud seçki qanunvericiliyinə uyğun keçir. Seçki məntəqələrində zəruri reqlamentlərə əməl olunur, müşahidəçi qismində iştirak edən insanlar da düzgün davranır”.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*