Armen Sarkisyan istefasının səbəbini açıqladıbackend

Armen Sarkisyan istefasının səbəbini açıqladı

Ermənistan prezidenti Armen Sarkisyan istefa verib.

KONKRET.az erməni KİV-lərinə istinadən xəbər verir ki, o istefasını onun daxili və xarici siyasətə təsir alətlərinin olmaması ilə əlaqələndirib.

Sarkisyan qeyd edib ki, Ermənistanda paradoksal vəziyyət yaranıb, prezident faktiki olaraq heç bir real alətə malik olmadan dövlətçiliyin təminatçısı olmağa məcburdur.

Onun sözlərinə görə, Ermənistan formaca parlamentli respublikadır, məzmunca isə belə deyil. O əlavə edib ki, o, konstitusiya islahatlarının aparılmasını təklif edib, bunun mənası qarşılıqlı nəzarət və tarazlıq mexanizmlərinə əsaslanan dövlət sisteminin yaradılmasıdır.

“Mən şadam ki, Konstitusiya islahatları komissiyası yaradılıb və buna görə hökumətə minnətdarlığımı bildirirəm. Ümid edirəm ki, sonda konstitusiya dəyişiklikləri baş verəcək və növbəti prezident və prezident institutu daha balanslı və koordinasiyalı mühitdə işləyə biləcək” – Sarkisyan bildirib.

  • Aslan
    Yanvar 23, 2022 - 21:48

    Sağ əli onun təpəsinə, bundar erməni əli

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*