Artur Rasizadə: “Xəbəri oxuyanda həm üzüldüm, həm də güldüm”backend

Artur Rasizadə: "Xəbəri oxuyanda həm üzüldüm, həm də güldüm"

Azərbaycanın sabiq Baş naziri Artur Rasizadənin dünyasını dəyişməsi ilə bağlı sosial şəbəkələrdə və bəzi saytlarda yalan məlumatlar yayılıb.

KONKRET.az xəbər verir ki, modern.az keçmiş baş nazirin özü ilə əlaqə saxlayaraq, barəsində yayılan xəbərə münasibət öyrənib.

O, hazırda bağ evində olduğunu, özünü normal hiss etdiyini söyləyib: “Dünən axşamüstü haqqımda yayılan məlumatı oxudum. Bağda oturmuşam. Yaşlı adamam. Hər hansı işim də yoxdur. Xəbəri oxuyanda həm üzüldüm, həm də güldüm. Ona görə üzüldüm ki, bu xəbəri yaxınlar, doğmalar da oxuyur. Hər bir halda belə yanlış informasiyalara təəssüf edirəm”.

Bundan əlavə, Artur Rasizadə haqqında deyilən bir məsələyə də toxunub: “Bəzən yazırlar ki, illərlə yığıb altına… Bu cür fikirlərə çox üzülürəm. Hüseyn Cavidin bir misrası var: Turana qılıncdan daha kəskin ulu qüvvət, Yalnız mədəniyyət, mədəniyyət, mədəniyyət… Başqa nəsə demək istəmirəm”.

Qeyd edək ki, Artur Rasizadə 1996-2018-ci illərdə Azərbaycanın Baş naziri olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*