Azərbaycanlılar 20 noyabr 2020-ci il cümə günü paytaxt Bakıda və yerlərdə Dağlıq Qarabağın Ağdam bölgəsinə qayıdışlarını təntənə ilə qeyd edirlər. Azərbaycan qoşunları səhər saatlarında dörtdəbir əsr işğal altında olan sevilən-xəyalət şəhəri Ağdama daxil olub.
KONKRET.az xəbər verir ki, bu barədə “Associated press” məlumat yayıb. Məlumatda daha sonra deyilir: Ağdam separatçı Dağlıq Qarabağ Respublikasına bitişik olan bölgələrdən biridir”.
“Bu gün sonsuz qürur hissi ilə xalqımı Ağdamın azad edilməsi barədə məlumatlandırıram”, – deyə Azərbaycan Prezidenti İlham Əliyev xalqa müraciət edib. Prezident çıxışını “Ağdam bizimdir!”, – deyərək yekunlaşdırıb. Müraciətdən sonra bayraqlara bürünən paytaxt sakinləri şəhərdə izdiham yaradıb”
Surxay Atakişiyev,
KONKRET.az
