Atmosferi çirkləndirən sürücülər cərimələndibackend

Atmosferi çirkləndirən sürücülər cərimələndi

Balakən Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən nəqliyyatdan atılan zərərli qazlarla atmosferin çirkləndirilməsinin qarşısının alınması məqsədilə rayon ərazisində reyd təşkil olunub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan KONKRET.az–a verilən məlumata görə, keçirilən tədbirlər zamanı nəqliyyat vasitələri saxlanılıb və onların atmosferə buraxdıqları zərərli qazların miqdarı xüsusi cihazlar vasitəsilə yoxlanılıb. Yoxlama zamanı bəzilərinin atmosferə normadan artıq tullantı ixrac etdiyi aşkarlanıb.

Yol polisi əməkdaşları ixrac qazlarının normalara uyğunlaşdırılmasını təmin etdikdən sonra avtomobillərdən istifadə etməli olduqlarını sürücülərin diqqətinə çatdırıb. Onların barələrində qanunamüvafiq tədbirlər görülüb.

  • Namiq
    Fevral 23, 2022 - 14:53

    Yol poisi ölçü aparatını əvvəlcə yanacaq doldurma məntəqələrindəki çənlərə salıb benzinin keyfiyyətini yoxlasa daha yaxşı olar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*