CERN Rusiya və Belarusla əməkdaşlığı dayandırır.
KONKRET.az xəbər verir ki, bu barədə Avropa Nüvə Tədqiqatları Təşkilatı (CERN) məlumat yayıb. CERN Ukraynaya qarşı təcavüzə görə Rusiya və Belarusla əməkdaşlığı dayandırır. Bütün tədbirlər və müqavilələr ləğv edilib.
CERN-ə üzv olan 23 dövlət bir daha Rusiya Federasiyasının Ukraynaya hərbi müdaxiləsini kəskin şəkildə pisləyir və Ukraynaya qanunsuz müdaxiləni dəstəkləyən Rusiya qurumlarının bəyanatlarını qətiyyətlə pisləyir.
Xuraman Etibarlı,
KONKRET.az
