Avropada gündəmdə olan fəlakət senariləri – Dünyanı gözləyən sürprizlərbackend

Avropada gündəmdə olan fəlakət senariləri - Dünyanı gözləyən sürprizlər

Avropada gündəm ifrat sağçı partiyaların bir-bir hakimiyyətə gəlməsi, xüsusilə Fransa seçkiləri bütün dünyanı vəlvələyə salıb.

KONKRET.az xəbər verir ki, Qərb mediasının manşetlərində günlərdir fəlakət senariləri danışılır. Bazar günü Fransada keçirilən növbədənkənar ümumi seçkilərin birinci turunda Marin Le Penin partiyasının rəhbərlik etdiyi ifrat sağçılar alyansı 33,15 faiz səslə birinci yeri tutub. İyulun 7-də keçiriləcək ikinci turda ifrat sağçıların birinci olacağı gözlənilir.

İkinci tura qədər ölkədə partiyalar arasında müttəfiqlik müharibələri gedir. Dünən verdiyi açıqlamada Le Pen Fransa prezidenti Emmanuel Makronu növbədənkənar ümumi seçkilər öncəsi yüksək səviyyəli dövlət məmurlarını təyin edərək “inzibati çevriliş” etməkdə ittiham edib. Fransada seçkilərdən əvvəl ifrat sağçılara qarşı nümayişlər keçirilir. Deyilənə görə, sözügedən siyasi təşkilat seçkidə qalib gəlsə, Avropanın digər ifrat sağçı partiyaları xeyli güclənəcək. İyun ayında ifrat sağçılar Avropa Parlamentinə seçkilərdə böyük qələbə qazanıblar.

Artıq Hollandiyada seçkilərdən 223 gün sonra irqçi və islamofob lider Geert Uildersin ifrat sağ mərkəzçi sağ koalisiya hökuməti quruldu. Keçmiş kəşfiyyat rəhbəri Dik Şof baş nazir oldu. Vildersin partiyası, ifrat sağçı qaçqınlar, səhiyyə, infrastruktur, xarici ticarət və iqtisadiyyat nazirliklərini ələ keçirdi. Almaniyada ictimaiyyət arasında hakim koalisiyaya inamın itməsi sürətlə artır.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*