Bosniya və Herseqovinanın şimal-qərbində yerləşən Bihac şəhəri yaxınlığındakı meşəlik ərazidə Avropaya keçmək üçün gözləyən immiqrantlar sərt qış şəraitində sağ qalmaq üçün mübarizə aparır.

KONKRET.az xəbər verir ki, hər gün onlarla insanın Balkanlar üzərindən Avropaya keçməyə çalışdığı bölgədə ilişib qalan mühacirlərin əksəriyyəti tərk edilmiş evlərdə və ya qurduqları müvəqqəti çadırlarda gözləməyə davam edir.

6 il əvvəl Kəşmirdən yola çıxan Denni, 2 ildir sərhəddə gözləyən Əfqan Faysal və pakistanlı Məhəmməd 7 nəfərlə birlikdə tərk edilmiş bir evdə yaşayır.

Şaxtalı havalarda çox çətin günlər keçirən mühacirlər Qərbi Avropa dövlətlərinə çatmaq arzusu ilə əvvəlcə Xorvatiyaya, sonra isə digər Qərb ölkələrinə getməyi planlaşdırırlar.

Müşviq Tofiqoğlu,
KONKRET.az
