Avstraliyanın xarici işlər naziri rus diplomatların ölkədən çıxarılmasına qərar verib.
KONKRET.az xəbər verir ki, bunu Avstraliyanın xarici işlər naziri Maris Peyn ABC radiostansiyasına müsahibəsində deyib. O, Rusiya ilə əlaqə saxlamağın vacibliyini bildirib.
Bununla belə, nazirin sözlərinə görə, bu, rusiyalı diplomatların Avstraliyadan çıxarılması ehtimalını istisna etmir.
“Bu halda Rusiya hökuməti ilə birbaşa əlaqə xətlərinin olması potensial olaraq faydalıdır. Ancaq bu, hökumətin belə bir variantı istisna etməsi demək deyil”, – deyə Peyn əlavə edib.
Xuraman Etibarlı,
KONKRET.az
