Ayvazyan ingilis nazirlə danışdı və gülünc açıqlama yaydıbackend

Ayvazyan ingilis nazirlə danışdı və gülünc açıqlama yaydı

Ermənistan xarici işlər naziri Ara Ayavazyan və Böyük Britaniyanın Avropa Qonşuluğu və Amerika üzrə dövlət naziri Vendi arasında telefon danışığı baş tutub.

KONKRET.az xəbər verir ki, telefon söhbətində Qarabağla bağlı müzakirə aparılıb.

Tərəflərin “münaqişə”nin Minsk Qrupu çərçivəsində, həm də “sülh yolu ilə” həllininin tərəfdarı olduqlarını bildirməsi barədə Ermənistan XİN-in yaydığı açıqlama isə gülüş doğurmaya bilməz.

Qeyd edək ki, Qarabağ münaqişəsi artıq yoxdur və Azərbaycan 27 illik sülh danışıqlarının heç bir nəticə vermədiyini görüb, hərbi yolla torpaqlarını işğaldan azad edib. Ayvazyan MQ ilə birgə Qarabağda “sülh yolu ilə” nəyi həll etmək istəyir, yəqin ki, özü də bilmir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*