Gənclər və İdman naziri Azad Rəhimovun vəziyyəti yaxşılaşır.
KONKRET.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Gənclər və İdman nazirinin müavini İntiqam Babayev bildirib.
O qeyd edib ki, hər gün nazirlə birbaşa əlaqə saxlayır:
“Bütün lazımi tapşırıqlar verilir. Ümid edirik ki, tezliklə müalicə tam bitəcək və nazir işinin başına dönəcək”./trend/
